16:40 16 Yanvar 2020 779
Ana səhifə Xəbərlər

Qəza nəticəsində avtomobildə qalan şəxs FHN əməkdaşları tərəfindən çıxarılıb - LƏNKƏRANDA

Lənkəran rayonunda minik avtomobili əvvəl qaz xəttinə, sonra ağaca çırpılıb.

APA Tv-nin cənub bürosunun verdiyi məlumata görə, qəza axşam saatlarında Separadi kəndində baş verib.

1993-cü il təvəllüdlü, Masallı rayonu Türkoba kənd sakini Eltun Teymur oğlu Qafarov“Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarından keçən qaz xəttinə, sonra isə ağaca çırpılıb.

Maşının sağ qabaq hissəsi, sərnişin tərəfi deformasiyaya uğrayıb və nəticədə sürücünün yanında əyləşən həmkəndlisi, 1993-cü il təvəllüdlü Cavid İsa oğlu İsayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Xidmətinin əməkdaşları xüsusi alət və avadanlıqların köməyi ilə yaralını maşından çıxara biliblər.

Cavid İsayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Yaxınlıqda yerləşən 20-yə yaxın evin qaz təchizatında fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın