08:40 21 Yanvar 2020 205
Ana səhifə Xəbərlər

Kürdəmirdə mikroavtobus traktorla toqquşub, xəsarət alanlar var

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA Tv-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Salyan kəndində qeydə alınıb.

Göyçay rayon sakini, 1986-ci il təvəllüdlü Aqil Səmid oğlu Babayevin idarə etdiyi qoşqulu traktorla "Ford" markalı mikroavtobus toqquşub. Nəticədə 1988-ci il təvəllüdlü Elnur Maşallah oğlu Məlikov və 1989-cu il təvəllüdlü Pərvin Cəfər oğlu Qurbanov müxtəlif xəsarətlər alıblar.

" Ford"da sıxılmış vəziyyətdə qalan yaralılar Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aydiyyəti üzrə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın