04:40 10 Oktyabr 2019 18
Ana səhifə Xəbərlər

Komitə sədri: “Piketə qatılan şəxsə də, ailə üzvlərinə də ev verilib”

“Həmin şəxsə də, ailə üzvlərinə də ev verilib”.

APA TV-nin məlumatına görə, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Rövşən Rzayev Milli Şuranın oktyabrın 8-də keçirdiyi piketdə evsiz olduğunu iddia edən məcburi köçkün barəsində deyib:

Əlavə edib ki, Bakıda ailə üzvlərinin sayına görə ən çox məcburi köçkün Binəqədi rayonu ərazisində yaşayır. Bölgələrə gəldikdə isə…


“Bərdə rayonunda torpaq sahəsinin ayrılması ilə bağlı proses gedir. Ancaq deyə bilmərəm, orda binalar tikməyə nə zaman başlanacaq. Hazırda Lənkəranda 45 ailəlik bina tikilir. Füzuli rayonunda işğaldan azad olunmuş ərazilərdə fərdi evlər tikilir. Cocuq Mərcanlıda hər 150 evə bir əlavə tikili inşa olunur”.

Fərdi evlərdə yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsi diqqətdədir və yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaq. Komitə sədri əlavə edib ki, həmin evlərdə yaşayan məcburi köçkünlər də çıxarılacaq. Belə evlər də, ailələr də az deyil. Əksəriyyəti isə Bakı və Sumqayıtda yaşayır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın