16:14 13 Yanvar 2021 46
Ana səhifə Xəbərlər

Kişi baldızını qətlə yetirdi - ŞƏKİDƏ

Şəkidə kişi baldızını qətlə yetirib.

APA TV-nin yerli bürosunun məlumatına görə, yanvarın 12-də saat 23 radələrində Şəki şəhər sakini, 1961-ci il təvəllüdlü Əhmədova Ruqiyə Şükür qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin bacısının əri, 1984-cü il təvəllüdlü Cəlilov Rahim Tahir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ruqiyə Əhmədovaya xəsarətlər yetirərək, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rahim Cəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın