02:00 21 Oktyabr 2019 62
Ana səhifə Xəbərlər

Kənd sakini qoz ağacından yıxıldı - VƏZİYYƏTİ AĞIRDIR

Astarada qoz ağacından yıxılan 31 yaşlı kişi ağır yaralanıb.

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Astaranın Pəlikeş kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü kənd sakini Mehman Mirzə oğlu Qasımov öz həyətindəki ağacdan qoz yığarkən ehtiyatsızlıqdan ayağı sürüşüb və yıxılıb. Ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardım maşını ilə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona qapalı kəllə-beyin travması, 4-cü boyun fəqərəsinin arxa çıxıntısının və hər iki mil-bilək sümüklərinin sınıqları diaqnozu qoyulub.

Reanimasiya şöbəsində müalicə alan Mehman Qasımovun vəziyyəti ağır qiymətləndirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın