08:40 31 Mart 2020 418
Ana səhifə Xəbərlər

Kəlbəcərli arıçı: “Koronavirusdan balla qorunuram”

69 yaşlı Kəlbəcər sakini kornovirus təhlükəsindən maraqlı üsulla qorunur.

APA TV-nin yerli bürosunun xəbərinə görə, o, evdə qalmaqla həm qaydalara əməl etmiş olur, həm də arılara qulluq edir.
Yevlaxda məskunlaşan Nüsrət Heydərov Qafqaz arı növündən məhsuldar təsərrüfat yaradıb. Hər gün iynəli canlılara qulluq etməkdən zövq alır. “Evdə qal” şüarı səslənən gündən isə yaşadığı kənddə bal süzümünə hazırlıq görür, yeşikləri təmir edir.

Erkək arının cəsədi belə insan orqanizmi üçün faydalıdır. Təmiz balı isə avtomobillərin çox hərəkət etdiyi ərazilərdə əldə etmək mümkün olmadığından, Nüsrət Heydərov uzun illərdir fəsilə uyğun olaraq saxladığı iynəli canlıları avtomobillərdən uzaq, dağlar qoynuna aparır. Əldə etdiyi bal isə daha keyfiyyətli olur.

69 yaşlı Nüsrət Heydərov bal verən canlıları vəhşi arılardan qorumaq üçün onlara “tələ” də qurur. İllərdir həvəslə qulluq etdiyi Qafqaz sortlu arılar isə sahibini bol məhsulla sevindirir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın