00:40 05 Aprel 2020 245
Ana səhifə Xəbərlər

Karantin rejimini pozdu, üzərində narkotik vasitə aşkar edildi - ASTARA SAKİNİNİ POLİS HƏBS ETDİ

Karantin rejimini pozan Lənkəran sakini həbs edilib.

APA TV- nin cənub bürosundan verilən məlumata görə, həmin şəxsin üzərindən narkotik vasitə də aşkar edilib. Belə ki, Lənkəran rayonunun Parakənd kəndinin sakini Xamid Bəgəliyev Astara rayonunun Çayoba kəndində karantin rejimini pozaraq stasionar postu piyada keçmək istəyərkən Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən X.Bəgəliyev özünü şübhəli apardığı üçün Astara Rayon Polis Şöbəsinə gətirilərək üzərinə baxış keçirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın