00:40 09 Sentyabr 2019 62
Ana səhifə Xəbərlər

“Jiquli” yük maşını ilə toqquşdu - SÜRÜCÜ ÖLDÜ

Saatlıda ağır yol nəqliyyat hadisəsi baş verib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunda - yolun Qıraqlı kəndindən keçən hissəsində qeydə alınıb. Saatlı şəhər sakini, 1994-cü il təvəllüdlü Taleh İlqaroğlunun idarə etdiyi“VAZ-2107” markalı 90 LD 383 dövlət nömrə nişanlı avtomobil ağır tonnajlı “Mercedes” markalı 90 JL 157 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.

Qəzanın fəsadları aradan qaldırılan müddətdə magistralda hərəkət 40 dəqiqəyə qədər məhdudlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın