05:20 16 Noyabr 2019 193
Ana səhifə Xəbərlər

Jalüz və plyonkalara görə cərimələr götürülür? - AÇIQLAMA

Azərbaycanda nəqliyyat vasitələrinin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh görülməyəcək.

APA TV-nin məlumatına görə, bunuBaş Dövlət Yol Polisi (BDYP) İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

Hazırda qeyd olunan standartlarla bağlı qanunvericiliyə əlavə və müəyyən dəyişikliklərin edilməsi məsələsi aidiyyəti qurumlarda baxılma ərəfəsindədir. BDYP rəhbərliyinin tələbi ilə nəqliyyat vasitələrinin, avtomobillərin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə nəqliyyat vasitələrinin sürücüləri barəsində hazırda inzibati tənbeh görülmür.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın