16:00 20 Fevral 2020 193
Ana səhifə Xəbərlər

İtkin düşən hərbçimizin nəşi neytral ərazidən götürüldü

Silahlı Qüvvələrimizin bir müddət əvvəl itkin düşmüş əsgəri Akif Elşən oğlu Abbasovun meyiti neytral ərazidən götürülüb.

APA TV xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovaməlumat verib. Onun sözlərinə görə, fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl Ordumuzun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb.

İtkin düşən hərbçinin meyiti bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın