18:49 29 May 2020 370
Ana səhifə Xəbərlər

İt döyüşdürdükləri üçün saxlanılan şəxslərin videosu yayıldı

Daxili İşlər Nazirliyi it döyüşləri təşkil etdiyi üçün saxlanılan şəxslərin videogörüntülərini yayımlayıb.

DİN mətbuat xidmətindən APA TV-yə bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyev saxlanılıb

Şəxsi axtarış zamanı Mətləb Əliyevdən narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb və Mətləb Əliyev barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rüfət Bədəlov, Hüseyn Əliyev və Murad Ştayev isə aparılan araşdırma ilə əlaqədar izahatlarının alınması üçün polisə dəvət edilərkən qəsdən tabeçilik göstərməyərək polis əməkdaşının qanuni tələblərinə tabe olmayıblar. Odur ki, onların barəsində protokollar tərtib edilib və məhkəmənin qərarı ilə hər biri bir ay müddətinə inzibati qaydada həbs ediliblər.

Qaldırılmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın