03:20 23 May 2020 329
Ana səhifə Xəbərlər

İstixanada narkotik yetişdirən Balakən sakini yaxalandı

Balakəndə istixanada narkotik yetişdirən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayonun Qazma kənd sakini 51 yaşlı Rasim Bodurov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanaya baxış keçirilən zaman dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi çətənə bitkiləri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın