13:20 17 Fevral 2020 1031
Ana səhifə Xəbərlər

İstədiyin məhsulu al, pulunu isə qutuya at – NAFTALANDA SATICISIZ MAĞAZA AÇILDI

Bu mağazaya daxil olan alıcıları satıcı qarşılamır. Hər kəs istədiyi məhsulu götürüb, ödənişi şəffaf qutuya atır. Mağazanın sahibi Elvin Əliyev deyir ki, həm yerli sakinlər, həm də turistlər üçün istifadəyə verilən məkanda 20 adda məhsul satışa çıxarılıb.

Bu tip layihələr xarici ölkələrdə mövcud olsa da ölkəmizdə ilk dəfə, Naftalan şəhərində həyata keçirilib. Mağazada Naftalan neftindən hazırlanan məhsullar və suvenirlər də alıcılara təklif olunur. Həm xarici, həm də yerli turistlər mağazaya daxil olaraq çox rahat şəkildə alış-veriş edə bilirlər. “Avropada görmüşdüm satıcısız mağaza. Naftalanda da görəndə maraqlı gəldi. Bura növbəti dəfədir gəlirəm, hər dəfə xoş təəssüratlar yaranır. Xüsusilə təbiəti gözəldir bu şəhərin”.

Yaradılan mağaza ilk dəfə Naftalanda qonaq olan turistlərin də diqqətini cəlb edir: “Həyat yoldaşımla ilk dəfədir gəlirəm bu şəhərə, çox maraqlıdır. Ən əsası istədiyimiz məhsulları rahat tapıb ala bilirik. Ən diqqət çəkən isə satıcısız mağazadır. Burada alış-veriş zamanı satıcı ilə rastlaşmadıq”.

24 saat fasiləsiz fəaliyyət göstərən mağazadan gələcəkdə Naftalanın bir neçə yerində açılacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın