02:00 21 May 2020 420
Ana səhifə Xəbərlər

İspaniyada son sutka ərzində 48 nəfər koronavirusdan ölüb

Son sutka ərzində İspaniyada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 48 nəfər olub.

APA TV-nin xəbərinə görə, bu barədə İspaniyanın Səhiyyə Nazirliyi məlumat verib.

Son beş gün ərzində ölənlərin sayı yüz nəfərdən az olub.

Ümumilikdə pandemiya başlayandan indiyə qədər isə 27940 nəfər yeni növ koronavirusdan həlak olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın