18:15 24 Sentyabr 2020 354
Ana səhifə Xəbərlər

İsmayıllıda avtomobil dərəyə aşdı – SÜRÜCÜNÜN ANASI ÖLDÜ, ÖZÜ VƏ OĞLU YARALANDI

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Bizlan kəndi ərazisində baş verib.

Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Azər Qədirli idarə etdiyi “Mitsubishi” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq dərəyə aşıb.

Hadisə zamanı sürücünün anası 1957-ci il təvəllüdlü Əliyyə Qədirli aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Sürücü Azər Qədirli və oğlu 2015-ci il təvəllüdlü Uğur isə xəsarət alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın