06:40 23 Oktyabr 2019 159
Ana səhifə Xəbərlər

İsmayıllıda ağır qəza: 1 ölü, 1 yaralı

İsmayıllıda ölümlə nəticələnən qəza baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Quşencə kəndi ərazisində qeydə alınıb.

"Priora" markalı minik avtomobilinin aşması nəticəsində Kürdmaşı kənd sakini, 1993-cü il təvəllüdlü Ağayev Əhməd Mübariz oğlu ağır bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq orada dünyasını dəyişib.

Digər yaralı Tərlan Məcidovun vəziyyəti isə ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın