21:20 24 Mart 2020 617
Ana səhifə Xəbərlər

İranda 6 yaşlı uşaq koronavirusdan öldü

İranda 6 yaşlı uşaq koronavirus infeksiyasından ölüb.

APA TV-nin “Reuters”ə istinadən xəbərinə görə, bu barədə İranın Şimali Xorasan Sağlamlıq Elmləri Universiteti açıqlama yayıb.

İran Prezidenti Həsən Ruhani isə epidemiyadan ölüm səviyyəsinin aşağı düşdüyünü bəyan edib. Onun sözlərinə görə, müxtəlif əyalətlərdə pasiyentlərin xəstəxanalara qəbulunda da azalma var.

Həsən Ruhani bildirib ki, əsas məsələ küçəyə çıxan insanların sayının azalmasına nail olmaqdır: “Əgər evdə on nəfər varsa, nəsə almaq üçün onlardan yalnız birinin küçəyə çıxması lazımdır”– deyə Prezident tövsiyə edib.

Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma bu il fevralın 19-da Qum şəhərində qeydə alınıb. Ümumilikdə ölkədə indiyədək koronavirusdan 1934 nəfər dünyasını dəyişib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın