18:30 09 Avqust 2020 1264
Ana səhifə Xəbərlər

İnsan sıxlığı, qayda pozuntuları, yaranacaq xəstəlik - ÖZBAŞINA MÜƏYYƏNLƏŞDİRİLƏN ÇİMƏRLİKLƏR

Ölkədə tətbiq olunan sərt karantin rejiminin qismən yumşalması nəticəsində çimərliklərin açılması sıxlığın səbəb olub.

APA TV-nin məlumatına görə, artıq bir neçə gün ərzində gəlinən qənaət və müşahidələr narahatlığın yaranmasına əsas verir. Kadrlardan çimərliyə gələn bəzi şəxslərin qeyd olunan portala yəni, "cimerlik.az"-a müraciət etmədən, əvvəlcədən özü üçün müəyyənləşdirdiyi əraziyə üz tutduğunu şahidi oluruq.

Bu da arzuolunmaz sıxlıqların, narahatlıq yaradacaq məqamların ortaya çıxmasına şərait yaradır. Bundan əlavə məkana üz tutanlar arasında nə sosial məsafələrə riayət olunur, nə də sudan çıxdıqdan sonra maskadan istifadə edilir. Nəticədə isə əhalinin koronavirusa yoluxma ehtimalı artmış olur.

Məhz buna görə, sakinlərə tövsiyə edilir ki, gedəcəkləri çimərliklərə üz tutmazdan öncə məlumat əldə etsinlər.

Onlar "cimerlik.az" portalına müraciət edərək gedəcəkləri çimərlikdə istirahəti üçün təhlükənin var və yoxluğundan, boşluq və doluluq baxımından anlayışlı olmuş olacaqlar.

Axı, bu həm özümüzün, həm də ətrafımızdakı insanların rahatlığı və sağlamlığı deməkdir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın