16:10 08 Avqust 2020 877
Ana səhifə Xəbərlər

İmişlidə sakinlərə qarşı dələduzluq edən qadın yaxalandı

İmişlidə dələduzluqla məşğul olan qadın saxlanııb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bir qrup sakin İmişli Rayon Polis Şöbəsinə müraciət edərək onlara qarşı dələduzluq edildiyini bildiriblər.

Daxil olan məlumat əsasında keçirilən əməliyyat axtarışları zamanı İmişli rayon sakini, Sevda Quliyeva saxlanılıb. Keçirilən istintaq tədbirləri zamanı saxlanılan şəxsin müxtəlif vaxtlarda etdiyi dələduzluq əməlləri üzə çıxıb.

Belə ki, adı çəkilən şəxs etibardan sui-istifadə edərək 2019-cu ildə Şəmayil Sarızadəyə yalan vəd verərək onun 2000 manat pulunu ələ keçirib.

Həmçinin Sevda Quliyeva İmişli rayon sakini Züleyxa Xanmədova adlı şəxsi də müxtəlif bəhanələrlə aldadaraq 9000 manat dəyərində 108 qram çəkidə qızıl-zinət əşyalarını əldə edib.

Bundan başqa, Sevda Quliyeva rayon sakini Şahin Əhmədovu aldadaraq ona avtomobil satmaq adı ilə ziyan vurub.

Saxlanılan Sevda Quliyeva eyni əməllə rayon sakini Zəkəray Cəfərovu da aldadıb.

Sevda Quliyevanın etdiyi dələduzluq əməlləri bununla da yekunlaşmır. Belə ki, Bundan o saxta ABŞ dollarından istifadə edərək qızıl-zinət məmulatları satan Tofiqə Ağacanova qarşı da dələduzluq edib.

Faktla bağlı cinayət işi açılıb istintaq davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın