13:05 12 Avqust 2020 276
Ana səhifə Xəbərlər

İmişlidə fiziki qüsurlu şəxs qohumlarını bıçaqladı – ÖLƏN VƏ YARALANAN VAR

İmişlidə fiziki qüsurlu şəxs qətl törədib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Göbəktala kəndində baş verib. Fiziki qüsuru olan kənd sakini, 1984-cü il təvəllüdlü Pünhan Hüseynov yaxın qohumlar olan - 1990-cı il təvəllüdlü Səbuhi Rüzgar oğlu Əmrahovu və 1985-ci il təvəllüdlü Amid Əvəz oğlu Əmrahovu söyüş üstündə bıçaqlayıb.

Nəticədə Amid Əmrahov hadisə yerində ölüb, Səbuhi Əmrahov isə yaralı vəziyyətdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Pünhan Hüseynov polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın