15:47 13 Fevral 2020 408
Ana səhifə Xəbərlər

İmişlidə ailə üzvləri qidadan zəhərləndi – BİR NƏFƏR ÖLDÜ, İKİSİNİN VƏZİYYƏTİ AĞIRDIR

İmişlidə bir ailənin üç üzvü pomidor turşusundan zəhərlənib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonu ərazisində məskunlaşan Ağdam sakinləri - 1971-ci il təvəllüdlü Elman Ağayev, onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü Səyalı Ağayeva və onların qızı - 2005-ci il təvəllüdlü Samirə zəhərlənmə diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyətləri ağır olan ər və arvad daha sonra paytaxta gətirilərək Respublika Toksikologiya mərkəzinə yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq

Səyalı Ağayeva dünyasını dəyişib. Elman Ağayevin vəziyyəti isə kritik dəyərləndirilir.

İmişli rayon xəstəxanasından verilən məlumata görə, ailənin 15 yaşlı qızı Samirə komatoz vəziyyətdə olduğundan o paytaxta göndərilməyib. Paytaxtdan ezam olunan briqada tərəfindən ona yardımlar göstərilir. Zəhərlənməyə səbəb isə konservləşdirilmiş pomidor turşusundan hazırlanan yemək olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın