15:30 22 Fevral 2021 49
Ana səhifə Xəbərlər

İki evdən oğurluq edən Quba sakini tutuldu

Qubada evlərdən oğurluq edən gənc saxlanılıb

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, Polis Şöbəsinə rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən müxtəlif vaxtlarda bir ədəd velosiped, məişət avadanlıqları və geyim əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Ramin Teymurxanov saxlanılıb: “Məhəlləmizdə yaşayış olmayan iki evə oğurluğa girmişəm. Birindən velosiped, o birindən də ev əşyaları götürmüşəm. Əşyaları evimizin yanında olan yarımtikilidə gizlətmişəm, velosipedi isə satmışam. Ondan sonra polis əməkdaşları məni tutub və qalan əşyaları da gəlib gizlətdiyim yerdən götürüblər”.

Həmin velosipedin, eləcə də digər əşyaların yerləri polis əməkdaşları tərəfindən müəyyən edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın