16:00 05 Noyabr 2019 187
Ana səhifə Xəbərlər

Bakıda sərnişin avtobusları toqquşdu - 8 YARALI

Bakının Nizami rayonunu Qaqa Qarayev prospektində ağır yol qəzası baş verib.

APA TV-nin məlumatına görə, hadisə zamanı 57 saylı xətt marşrutu üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusu ilə "BakuBus" MMC-yə məxsus 7A saylı xətt marşrutu üzrə hərəkət edən avtobustoqquşub. "BakuBus" MMC-yə məxsus 7A saylı xətt marşrutu üzrə hərəkət edən avtobusun sürücüsü Çingiz Salamovun verdiyi məlumata görə, avtoqəza dayanacaqda baş verib. Məlum olub ki, 57 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü dayanacağa yaxınlaşarkən sürət həddini aşıb və sükana nəzarəti itirdiyindən həmin avtobus qarşısında olan "BakuBus" MMC-yə məxsus avtobusa çırpılıb.

Məlumata görə, yol qəzası nəticəsində 8 nəfər xəsarət alıb. Xəsarət alanların hamısıda 57 saylı marşrut avtobusunda olub.Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan 5 nəfəri xəstəxanada müalicəsini davam etdirəcək, digər 3 nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın