10:00 09 Oktyabr 2019 33
Ana səhifə Xəbərlər

İcraçı direktor: “Bunu dünyada iki dəfə yaradan tək ölkə Azərbaycandır”

Bakıda “Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda 3-cü beynəlxalq konfrans keçirilib.

APA TV-nin məlumatına görə, tədbir İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi tərəfindən təşkil edilib.

Mərkəzin icraçı direktoru Vüsal Qasımlı deyib ki, Azərbaycan Şimal-Cənub və Şimal-Cənub dəhlizlərinin üzərində yerləşməklə təkcə nəqliyyat, logistika, neft-qaz layihələrini deyil, həm də rəqəmsal layihələri dəstəkləyir: “Azərbaycan dünyada ikinci dəfə “Rəqəmsal Ticarət Qovşağı”nı yaradan ölkədir. Böyük İpək Yolu üzərində isə “4-cü Sənaye İnqilabı Mərkəzi” ilə ilk əməkdaşlığa başlayan ölkədir. Azərbaycanın rəqəmsal liderliyini dövlət və özəl sektor birgə təmin edir. Bu gün bizim imzalayacağımız memorandumda görəcəksiniz ki, Azərbaycanın həm dövlət, həm də özəl qurumları bu əməkdaşlığı birlikdə həyata keçirir və öz strategiyalarını müəyyənləşdirir”.

Azərbaycanda rəqəmsal ticarət və iqtisadi islahatlar sahəsində görülən işlər ölkəmizi “Top 20 Duinq Biznes islahatçı ölkələr” siyahısına daxil edib.

Yerli və xarici mütəxəssislər ölkəd sosial, iqtisadi və maliyyə sektorlarındakı rəqəmsal yeniliklərdən və uğurlardan, dünya üzrə rəqəmsal ticarət platformalarının nümunələri barədə çıxış ediblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın