16:27 11 Dekabr 2019 467
Ana səhifə Xəbərlər

İcra başçısı: “Yanğınla bağlı kompensasiya məsələsinə baxılacaq”

“EuroHome”dakı yanğınla bağlı kompensasiya ödənilməsi məsələsinə baxılacaq.

“EuroHome” ticarət mərkəzindəki yanğınla bağlı kompensasiya ödənilməsi məsələsinə baxılacaq”.

APA TV-nin məlumatına görə, bunu Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elxan Allahverdiyev ticarət mərkəzində baş verən yanğından ziyan çəkmiş sahibkarlarla görüşündə deyib.

O, yanğın hadisəsi ilə bağlı araşdırmanın davam etdiyini vurğulayıb: “Siz vaxt verin. Yəqin ki, ya bu gün, ya da sabah toplanacağıq. Amma mane olmayın. İmkan verin, istintaq öz axarı ilə davam etsin. Artıq mən heç bir suala cavab vermək istəmirəm. Vaxt gələcək, hamısını cavablandıracağıq”.

Zərərçəkmiş sahibkar isə dəyən ziyana görə narahatdırlar. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı isə deyib ki, hadisə ilə bağlı araşdırma aparılacaq, dəymiş ziyan müəyyənləşdiriləndən sonra sahibkarlar və icarədarlar bir-bir RİH-ə dəvət olunacaq.

Xatırladaq ki, dekabrın 10-da Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın