12:00 16 Noyabr 2019 263
Ana səhifə Xəbərlər

“İçkilisən” iradına görə atasını öldürdü - GƏNCƏDƏ AİLƏ DRAMI

Gəncədə oğul atasını qətlə yetirib.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin “dəmir yolu” adlanan ərazisində qeydə alınıb.

Gəncə şəhər sakini, 25 yaşlı
Yusif Dadaşov sərxoş vəziyyətdə atası ilə mübahisə zamanı onu bıçaqlayıb. 52 yaşlı Mübariz Dadaşov ağır xəsarət aldığından ölüb.

Araşdırma zamanı məlum olub ki, oğul usta işləyən atasına fəhləlik edib. Atasının “sərxoşsan, yat, sabah işə gedərsən” deməsi, evə içkili gələn Yusifə xoş gəlməyib.O, valideyninə cavab qaytarıb və mübahisə başlayıb.

Qətli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın