18:28 31 İyul 2020 635
Ana səhifə Xəbərlər

Həyətində qanunsuz ət kəsimi ilə məşğul olan şəxs cərimələndi

Bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında tətbiq edilən qadağa və məhdudiyyətlərə məhəl qoymadan gizli fəaliyyət göstərən ət kəsimi məntəqələrinin aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı Əli Nəzmi küçəsində yaşayan Şəmkir Həsənovun həyətində qeyri-qanuni heyvan kəsimi həyata keçirdiyi məlum olub.

Həmin şəxs və onunla birgə bu fəaliyyətlə məşğul olan daha bir nəfər saxlanılaraq Polis Bölməsinə gətirilib. Bölmədə bu şəxslərlə profilaktik söhbətlər aparılıb və onlara etdikləri qanun pozuntusu barədə məlumat verilib.

Şəmkir Həsənov və onunla birgə saxlanılan şəxs barəsində protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimə ediliblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın