10:16 02 Dekabr 2020 193
Ana səhifə Xəbərlər

Heydər Əliyev Fondu şəhid övladının əməliyyat xərclərini öz üzərinə götürüb

Orxan Məhəmməd oğlu Əliyev 1989-cu ildə Bərdə rayonunun Molla Əhmədli kəndində doğulub. 3 uşaqlı ailədə böyüyüb. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2011-ci ildə könüllü olaraq müddətdən artıq xidmət etməyə başlayıb. Müharibənin dördüncü günü Suqovuşan uğrunda gedən döyüşlərdə namərd gülləsinə tuş gələrək həyatını itirib. Doğulub böyüdüyü kənddə də torpağa tapşırılıb şəhidimiz.

Orxan Günay xanımla 8 il ailəli olub: “Çox razıyam, Allah ondan razı olsun. Həm yoldaş kimi, həm də sirdaş kimi həmişə yanımızda olub. Uşaqlarımızın çətinliklərini, bütün yaxşı günlərini bir yerdə keçirmişik. Yoxluğuna hələ də inana bilmirəm. Çox yaxşı insan olub. Allah məkanını cənnət eləsin!”

Anası Səkinə Məmmədova övladı ilə qürur duyduğunu bildirib: “Bircə ona narahatam ki, balam narahat getdi balalarından. Yenə sevinirəm ki, şəhidlərin, içi mənim balam qarışıq, qanı yerdə qalmadı”.

Orxanın 3 övladı - iki qızı, bir oğlu yadigar qalıb: Məhəmməd, Yağmur və Nur. 2 yaşı tamam olmayan Nur balamız anadangəlmə qaraciyər sirrozudur. Xanımının sözlərinə görə, Orxanı ən çox narahat edən də Nurun səhhəti olub: “Övladlarına məsuliyyətli ata olub. Uşaqlar nə vaxt xəstə olsa, onların başının üstündə olub. Bizim qızımız Nurun pis günləri çox olub, qaraciyər sirrozudur. Onun fikrini çəkirdi. Gecələr yatmırdı, nə vaxt oyanırdım, onun başının üstündədir. Elə deyirdi ki, balam bu bəladan salamat qurtarsın. Deyirdi, gedim gəlim, aparacam əməliyyat eləməyə”.

Şəhid övladının sağlıq durumu ilə bağlı Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verilib. Fondun əməkdaşları dərhal ailə ilə əlaqə saxlayıb və onları Bakıya dəvət edib, bütün müayinə və müalicə xərclərinin fond tərəfindən qarşılanacağını bildirib: “Oğlu budur, yırtıqdan əməliyyat olunmalıdır. Qızı da qaraciyər sirrozudur. Allah hər kəsin köməyi olsun. Heydər Əliyev Fondundan zəng gəlib. Gözləyirəm balamın qırxı çıxsın, aparacam əməliyyat olsun”.

Sonda Səkinə ana şəhid balasının övladına göstərdiyi diqqətə görə Mehriban xanıma təşəkkürünü bildirib.

Habil Aslanoğlu

Arzu Quliyev

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın