12:00 21 Oktyabr 2019 35
Ana səhifə Xəbərlər

Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatdı


Azərbaycan Hərbi Dəniz Qüvvələrində keçirilən taktiki təlimlər başa çatıb.

APA TV-nin Müdafiə Nazirliyinə istinadən məlumatına görə, Xəzər dənizindəki ərazi sularında enerji infrastrukturunun mühafizəsi üzrə Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən təlimlər uğurla icra olunub.

Gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması məsələlərinin işlənilməsi üzrə keçirilən təlimin məqsədi gəmi birləşmələri tərkibində birgə fəaliyyətin təşkili olub.


Təlimdə qüvvələrin idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib, gəmi birləşmələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi hazırlıqları yoxlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın