17:20 10 Oktyabr 2019 36
Ana səhifə Xəbərlər

Həkimin vurduğu gənc 6 saat sonra öldü - BALAKƏNDƏ

Balakəndə avtomobilin vurduğu piyada ölüb.

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə oktyabrın 9-da, Qazma kəndində qeydə alınıb.

Kənd sakini, 28 yaşlı Eşqin Cümşüd oğlu Hüseynovu həmkəndlisi maşınla evinin yaxınlığında vurub. Balakən Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralı orada keçinib.

Xatırladaq ki, qəzanı törədən Əsəd Vəliyev baytar həkimdir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın