19:43 31 May 2020 225
Ana səhifə Xəbərlər

Hasar aşdı, bir uşaq öldü, ikisi yaralandı – QUSARDA FACİƏ

Qusarda bədbəxt hadisə baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Cibir kəndində evlərin birinin həyətində qeydə alınıb.

Belə ki, kənd sakinləri 8 yaşlı Arif Əlisultanov, 10 yaşlı Ramal Şeydayev və 6 yaşlı Gülay Şeydayeva həyətdə oynayarkən mişar daşı ilə hörülən hasar və hasarın tərkib hissəsi olan daş tumbalar, eləcə də dəmir qapı onların üzərinə aşıb.

Uşaqların valideynləri köməyə qaçsa da hadisə nəticəsində hasarın altında qalan uşaqlardan biri 8 yaşlı Arif Əlisultanov aldığı açıq kəllə-beyin travması səbəbindən yerindəcə dünyasını dəyişib. Digər uşaqlar isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər:

Azyaşlılardan birinin babası olan Zəki Zəkiyev hadisədən sonradan xəbər tutduqlarını bildirib: “Zəng elədilər, gəlib gördük ki, belə bir hadisə olub. Başqa nə deyə bilərəm. Uşaqlar da oynayan yerdə”.

Kənd sakini Mübariz Qurbanov isə deyir ki, uşaqlar ərazidə oynayərkən hasar onların üstünə aşıb: “Uşaqlar burda oynayırdılar. Divar uçub altında qalıblar. Anası və atası gəlib çıxarıblar. Biri öldü, o birilərini də xəstəxanaya apardılar. Sonra hüquq-mühafizə orqanları gəldilər”.

Hər iki azyaşlı Qusar Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın