18:37 31 İyul 2020 661
Ana səhifə Xəbərlər

Hacıqabulda qadını qətlə yetirib Bakıya qaçdı, burda da başqa birini bıçaqladı

Hacıqabulda qadının qətlə yetirilməsində şübhəli bilinən şəxs Bakıda saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə daxil olan məlumata görə, iyulun 30-da saat 10.00 radələrində Hacıqabul rayonu ərazisində, yolun kənarında üzərində 1 ədəd kəsilmiş-deşilmiş xəsarəti olan naməlum qadın meyiti aşkar olunub.

Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla mərhumun 1968-ci il təvəllüdlü Gülxara Qubadlı olduğu müəyyənləşib.

Həmçinin elə həmin gün paytaxtın Səbail rayonunda Masallı rayon sakin 1999-cu il təvəllüdlü Əli Rəcəbzadəyə yaşadığı mənzildə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Əli Rəcəbzadəyə bıçaqla xəsarətlər yetirməkdə şübhəli bilinən Hacıqabul rayonu Nəvai kənd sakini Hikmət Fərəcov saxlanılıb.

Polis Bölməsində dindirilmə zamanı Hikmət Fərəcov iyulun 30-na keçən gecə Hacıqabul rayonu ərazisində Gülxara Qubadlını qətlə yetirdiyini də etiraf edib. Hacıqabul rayonunda hadisəni törədəndən sonra o, qadının çantasındakı pulu da götürərək Bakı şəhərinə gəlib.

Bakı şəhərində isə o, sosial şəbəkələrdən birində tanış olduğu Əli Rəcəbzadənin evinə yollanıb. Hikmət Fərəcov özü ilə gətirdiyi bıçaqla ona da xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın