20:00 21 Fevral 2020 516
Ana səhifə Xəbərlər

Gürcüstanda adam öldürərək Bakıda gizlənən şəxs yaxalandı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən evlərində odlu silah-sursat saxlayan şəxslər saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş İdarəyə Elcan adlı şəxsin evində qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat nəticəsində Gürcüstan vətəndaşı Elcan Cəfərov paytaxtın Xətai rayonu ərazisində tutulub.

Onun kirayədə yaşadığı mənzilə baxış zamanı 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1ədəd “F-1” qumbarası, 32 ədəd patron, habelə 8,895 qram heroin və 4,403 qram metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırma zamanı Elcan Cəfərovun cinayətkar mühitə meylli şəxs olduğu və əvvəllər dəfələrlə məhkum edildiyi, həmçinin Gürcüstanda qəsdən adam öldürmə maddəsi ilə beynəlxalq axtarışda olduğu müəyyən edilib. O, ağır cinayət törətdiyi üçün bir müddət imiş ki, Bakıda gizlənirmiş.

Keçirilən digər əməliyyat nəticəsində Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Əli Muğumov tutulub. Onun kirayədə yaşadığı mənzilə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 1 ədəd sandıqça və 16 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın