16:37 09 İyul 2020 447
Ana səhifə Xəbərlər

Göygöldə mal-qara oğruları tutuldu – DİGƏR CİNAYƏTLƏRİN DƏ ÜSTÜ AÇILIB

Göygöl rayonunda mal-qara oğurluğunda şübhəli bilinən dörd nəfər saxlanılıb.

APA TV-nin qərb bürosunun xəbərinə görə, 2 baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən dəstə üzvlərinin digər cinayətlərdə də iştirakı müəyyən edilib.

Samux rayon sakinləri - 33 yaşlı Elman Rüstəmov, 26 yaşlı Nemət Dərgahov, 30 yaşlı Tural Süleymanov və 28 yaşlı Elvin Məmmədov qabaqcadan əlbir olaraq, qrup şəklində Göygöl rayonunun Yeni Zod kəndi ərazisində 2 baş iribuynuzlu heyvanı oğurlayıblar. Heyvanları Samux rayonunun Çobanabdallı kəndində gizlədən dəstə üzvlərini isti izlərlə saxlamaq mümkün olub.

Müstəntiq Orxan Bağırovun sözlərinə görə, saxlanılan şəxslər Göygöl rayonunun Yeni Zod kənd sakini Səfiyəddin Vəliyevin yaşadığı evin həyətindən sonuncuya məxsus ümumi dəyəri 1000 manat olan, 2 baş iribuynuzlu heyvanı gizli yolla talayaraq oğurlayıblar.

Saxlanılan şəxslər istintaqa ifadələrində oğurluq əməlini yaşadıqları rayonda planlaşdırdıqlarını deyiblər. Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı müəyyən olub ki, Elvin Məmmədov və Tural Süleymanov cari ilin may ayının 12-də həmyerliləri 24 yaşlı Əli Mehdizadə və 34 yaşlı Tural Qədimov ilə birlikdə Samux rayon sakininə qarşı soyğunçuluq cinayətini də törədiblər.

Saxlanılan Elman Rüstəmov Samux rayonunun Çobanabdallı kəndində yaşayıram: “Çayçıda oturub çay içdik. Sonra Toğana tərəfə qalxdıq. Bir az gəzdik. Yolun kənarından 2 dənə balaca buzov danası götürüb, Samux rayonunun Çobanabdallı kəndinə gətirdik”.

Elvin Məmmədov Samuxda evə oğurluğa girdiklərini etiraf edib: “Samuxda evə girmişik. Amma heç nə aparmamışıq. Evdə uşaq olduğu üçün evdən çıxmışam. Heç kimə zərər verməmişəm”.

Tural Süleymanov da bənzər ifadə verib: “Samux rayonunda yaşayırıq. Getdik ora, düşdük içəri. Evə girdik, uşaq oldu çıxdıq. Heç nə etmədik. O, bizə yaraşmaz. Əməlimdən peşmanam”.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın