18:53 31 İyul 2020 585
Ana səhifə Xəbərlər

Göygöldə keçmiş məhkumdan narkotik və silah-sursat götürüldü

Göygöl sakinindən narkotik və silah-sursat götürülüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, polis əməkdaşları daxil olan məlumat əsasında Üçtəpə kənd sakini Vüqar Cəfərova məxsus evə baxış keçiriblər.

Nəticədə xüsusi qulluqla yetişdirilən çətənə kolları aşkarlanaraq maddi sübut kimi götürülüb. DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, Vüqar Cəfərovun evində qanunsuz silah-sursat saxladığı da müəyyən edilib: “Həyətyanı sahədən 55 ədəd çətənə kolu, evin yataq otağından 6.02 qram qurudulmuş marixuana, 3.15 qram həmin çətənə kollarına məxsus toxum, bundan başqa 52 ədəd müxtəlif çaplı ov tüfənginə məxsus patron və 6 ədəd 7.62 kalibrli avtomat patronları aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddi sübutlar aidiyyəti üzrə ekspertizaya təqdim edilib”.

Dindirilmə zamanı Vüqar Cəfərov becərdiyi narkotik tərkibli maddəni satmaq yox, şəxsi istifadəsi üçün yetişdirdiyini deyib: “Toxumları Azosdan yabanı halda bitən kollardan yığmışdım. Apardım əkdim. Onda baxdım gördüm ki bitir. Öz şəxsi istifadəm üçün qulluq edirdim. Polislər gəldilər tutdular. Əməlimdən peşmanam”.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın