18:33 10 İyul 2020 484
Ana səhifə Xəbərlər

Göygöl polisi restoranlarda reyd keçirdi

Göygöldə iaşə müəssisələrində gecə reydi keçirilib, karantin rejiminin tələblərini pozan şəxslər məsuliyyətə cəlb edilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı bəzi iaşə müəssisələrində karantin rejiminin pozulması aşkarlanıb.

Xüsusilə axşam saatlarında rayon ərazisindəki kafe restoran və çayxanalarda aparılan yoxlamalar zamanı bəzi neqativ hallar müəyyən edilib. Xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisindəki kafe və restoranların müştərilərə yerində xidmət göstərməsinin qadağan olunmasına baxmayaraq, Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində bir neçə iaşə müəssisəsinin fəaliyyət göstərdiyi məlum olub.

Polis əməkdaşları dərhal həmin obyektlərin fəaliyyətini dayandırıb, sahibləri və müştəriləri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi 200 manat məbləğində cərimə tətbiq edilib.

Fuad Nazimoğlu

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın