16:00 23 Oktyabr 2019 130
Ana səhifə Xəbərlər

Göyçayda zəncirvarı qəza - ANA VƏ İKİ ÖVLADI YARALANDI

Göyçayda zəncirvarı qəza baş verib.

APA TV-nın yerli bürosunun məlumatına görə, 99-JL-405 dövlət nömrə nişanlı "SHACMAN" markalı yük avtomobili Göyçay-Ucar yolunda idarəetmədən çıxaraq aşıb.

Bu zaman hərəkətdə olan 99-RF-546 dövlət nömrə nişanlı "KAMAZ"ın sürücüsü - Goranboy sakini, Quliyev Sakit Salman oğlu idarəetməni itirib və qarşı tərəfdən gələn Göyçay sakini Kərimov Fazil Fərhad oğluna məxsus 10-RV-688 dövlət nömrə nişanlı "Mersedes" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə "Mercedes"də olan 3 nəfər - Ucar sakinləri, 1972-ci il təvəllüdlü Kərimova Mehriban Əlisurət qızı və onun iki övladı - 2003-cü il təvəllüdlü Kərimova Aysu Teymur qızı və 2016-cı il təvəllüdlü Kərimov Yusif Teymur oğlu xəsarət alaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın