20:00 11 Noyabr 2019 291
Ana səhifə Xəbərlər

Göyçayda maşın elektrik dirəyinə çırpıldı, sürücü öldü

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Qarabaqqal kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Xəlilov Anar Muxtar oğlu idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan A.Xəlilov dünyasını dəyişib.

Avtomobilin çırpıldığı elektrik dirəyi aşıb, naqillər qırıldığı üçün iki kəndə elektrik verilişi dayanıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın