15:23 22 Yanvar 2021 228
Ana səhifə Xəbərlər

Göyçayda ikimərtəbəli ev yandı – XƏSARƏT ALAN YOXDUR

Göyçay rayonunda fərdi yaşayış evi yanıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə bu gün Göyçay rayonu Qızılağac kənd sakini, 2001-ci il təvəllüdlü İsayev Hacı İbrahimov oğluna məxsus mənzildə baş verib.

Ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı evin 120 kvadratmetr sahəsi və içəridəki əşyalar yanaraq külə dönüb, xəsarət alan olmayıb.

Evin hansı səbəbdən yandığı hələ ki, məlum deyil, faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın