23:35 20 Noyabr 2020 673
Ana səhifə Xəbərlər

Göyçayda iki "Jiquli" toqquşub, xəsarət alanlar var

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 21:00 radələrində Göyçay-Ucar yolunun Çərəkə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində Çərəkə kənd sakini Əhmədov Aydın Əlisahib oğlu və adları hələ ki məlum olmayan başqa iki nəfər xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın