15:52 31 İyul 2020 460
Ana səhifə Xəbərlər

Göyçayda ev yandı, yaşlı qadın qorxudan öldü

Göyçayda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

APA TV-nin yerli bürosu xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində qeydə alınıb.

Kənd sakini, 1941-ci il təvəllüdlü Malikə Qarayevaya məxsus ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli evdə baş verən yanğın nəticəsində mənzil tamamilə yanıb.

Ev sahibi 79 yaşlı Malikə Qarayeva qorxu və həyəcan keçirdiyi üçün ürək tutması səbəbindən dünyasını dəyişib.

Yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar, yanğın tam söndürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın