16:28 12 Aprel 2021 389
Ana səhifə Xəbərlər

Göyçay və Şamaxıda toy mərasimləri dayandırıldı – MƏCLİSİ TƏŞKİL EDƏNLƏR CƏRİMƏLƏNDİ

Göyçayda və Şamaxıda toy mərasimlərinin qarşısı alınıb.

APA TV-nın yerli bürosunun xəbərinə görə, Göyçay polisi xüsusi karantin rejimi qaydalarına zidd olaraq, üç fərqli ünvanda toy mərasimi keçirildiyini müəyyən ediblər.

Belə ki, rayonun Potu kənd sakini Rüfət Yaqubovun evində toy məclisi təşkil etdiyi aşkarlanıb. Mərasimin qarşısı alınaraq Rüfət Yaqubov və məclisi təşkil edənlər barəsində protokol tərtib olunub.


Rayonun Cəyirli və Bığır kəndlərində də Akif İbrahimxəlilov və Qiyas İbrahimova məxsus fərdi yaşayış evlərində toy mərasimlərinin keçirildiyi aşkarlanıb. Polis əməkdaşları insanların kütləvi iştirakı ilə məclis təşkil edən ev sahibləri ilə izahedici söhbətlər aparıb və həmin şəxslər barəsində qanunvericiliyin tələblərin uyğun müvafiq tədbirlər görüblər.


Bundan əlavə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən fərdi yaşayış evində toy mərasiminin keçirilməsi müəyyən edilib. Həmin ünvana baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkarlanıb.

Polislər tərəfindən mərasimi təşkil edən Saday Şıxəliyev və iştirakçılar barəsində qanunamüvafiq tədbirlər görülüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın