23:07 10 İyul 2020 694
Ana səhifə Xəbərlər

Goranboyda iki yük maşını toqquşub, avtomobildə olan qarpızlar yola dağılıb

Goranboyda iki yük avtomobilinin toqquşması ilə nəticələnən qəza baş verib.

APA TV xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində baş verib. Üzü Bakıya doğru hərəkətdə olan qarpızla yüklənmiş “Qazel” marklı avtomobilə, eyni istiqamətdə gedən iritonnajlı yük maşını çırpılıb. Zərbənin gücündən “Qazel” idarəetmədən çıxaraq yolun kənarına düşüb.

Daşıdığı qarpız isə magistral yola dağılıb. Sürücü Samux rayon sakini Təvəkkül Kərimov qəzanın anidən baş verdiyini bildirib.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasa da Samux sakinin əkib becərdiyi 3 tona yaxın qarpız yola dağılaraq zay olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın