01:05 02 Dekabr 2020 167
Ana səhifə Xəbərlər

Gəncədə zəncirvari yol qəzası baş verib

Gəncədə yol-nəqliyyat hadisə baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağmanlar küçəsi ilə Gəncəvi küçəsinin kəsişməsində qeydə alınıb.

Hərəkədə olan “VAZ 21099” markalı minik maşını ilə iki “Mercedes” markalı minik maşını toqquşub. Qəza zamanı 1 nəfər yüngül xəsarət alıb. Avtomobillər yararsız hala düşüb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın