08:40 11 Noyabr 2019 64
Ana səhifə Xəbərlər

Gəncədə valyutadəyişmə məntəqəsinin işçisi öldürüldü

Gəncədə valyutadəyişmə məntəqəsinin işçisi qətlə yetirilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, qətl gecə saatlarında iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zəminində baş verib.

Belə ki, Mirağa Əliyevin idarə etdiyi avtomobil 1990-cı il təvəllüdlü qonşusu Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər aralarında yaranan mübahisəni həll edə bilməyiblər.

Mübahisənin davamı olaraq onlar gecə saat 01:00 radələrində “Maşın bazarı” adlanan ərazidə görüşüblər. Görüş zamanı Nicat Dajban Mirağa Əliyevi maşınında saxladığı bıçaqla ürək nahiyəsindən bıçaqlayıb.

Mirağa Əliyev xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törədən Nicat Dajban saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncədə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birində işləyib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın