07:20 19 Yanvar 2020 303
Ana səhifə Xəbərlər

Gəncədə reyd keçirildi – SƏNƏDSİZ SÜRÜCÜ POLİSƏ TABE OLMADI

Gəncə şəhər Baş Polis İdarəsnin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları növbəti reyidini keçridib.

APA Tv-nin yerli bürosnun məlumatına görə, gecə saatlarında başlayankütləvi reyd, şəhərin bir neçə ərazisində yəni, Şah İmayıl Xətai prospekti, “Yeni Gəncə” yaşayış massivində və şəhərin Poçt qəsəbəsi adlan ərazisində avtomobillərin sıx olan yerlərində baş tutub. Reyd zamanı xeyli sayda yol hərəkəti qaydalarını pozan sürücülərə protokolar tərtib edilib.

Reydin keçirilməsində əsas məqsəd,qayda pozan sürücüləri aşkar etmək və baş verə biləcək qəzaların qarşısını almaqdan ibarətdir. Polis apardığı yoxlamalar zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, nəqliyyat vasitələrinin ön və arxaşüşələrinəqanunla icazə verilməyən pərdə vuran,sürət həddini aşan, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü aşkarlanıb.

Yol polisinin apardığı yoxlamalar zamanı, avtomobili sənədsiz idarə edən sürücülərdə aşkarlanıb. Həmin sürücülər məsuliyyətdən yayınmağa çalışıblar. Buna baxmayaraq, polis onlara qanun çərçivəsində tədbir görüb. Hətta bəzi sürücülər sənədlərini belə təqdim etməkdən boyun qaçırıblar. Həmçinin yoxlamalar zamanı,sürücülükhüququ olmadanavtomobil idarə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Eyni zamanda, başqa qayda pozuntularına görə cərimələnənlər də olub.Konstruksiya dəyişikliyinə görə, saxlanılan sürücülərin avtomaşınları cərimə meydançasına aparılıb.

Dövlət yol polisi şöbəsinin rəis müavini Ramin Fətullayev bildirib ki, bunan sonra da şəhər ərazisində mütamadi olaraq, bu cür reydlər keçriləcək. Reyd gecə saatlarınadək davam edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın