22:54 17 Yanvar 2020 3875
Ana səhifə Xəbərlər

Gəncədə “niva” qəza törətdi, bir nəfər öldü - HADİSƏ ANI

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA Tv -nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün günorta saatlarında şəhərin Eminbəyli küçəsində qeydə alınıb.

Belə ki, sözü gedən küçə ilə hərəkətdə olan “Niva” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində 2004-cü il təvəllüdlü Şahin Hacıyev ölüb, 2003-cü il təvəllüdlü Hüseyn Yunisli isə xəsarət alıb. Yaralı xəxtəxanya yerləşdilib. Vəziyyətin kafi olduğu bildilir.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri sürücünün meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq? aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın