01:24 06 Mart 2021 57
Ana səhifə Xəbərlər

Gəncədə miktoavtobus minik maşını ilə toqquşub, 5 nəfər xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nnin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, mikroavtobus minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 1974-cü il təvəllüdlü Akif Hüseynov, 1978-ci il təvəllüdlü Nail İsgəndərov, 1985-ci il təvəllüdlü Vasif Məsimov, 2004-cü il təvəllüdlü Ayxan Əliyev və 1985-ci il təvəllüdlü Fatimə Zeynalova xəsarət alıb. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Minik maşının sürücüsü, 1978-ci il təvəllüdlü Nail İsgəndərovun sərxoş olduğu bildirilir.

Hadisə yerinə təcili yardım briqadası və FHN-in xilasediciləri cəlb olunub.

Qəza nəticəsində sürücü Nail İsgəndərov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Əməliyyat zamanı sürücü çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın