12:40 16 Noyabr 2019 277
Ana səhifə Xəbərlər

Gəncədə ər arvadını öldürdü - QADIN BOŞANMAQ İSTƏYİB

Gəncədə ailə münaqişəsi zəminində qətl törədilib.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb.

24 yaşlı Nuranə Quliyevanı şəxsi münasibətlər zəminində həyat yoldaşı, Salyan rayon sakini, 33 yaşlı Zaur Orucov bıçaqlayıb.

İlkin məlumata görə, Zaur Nuranə Orucovanın yaşadığı mənzilə yataq otağının pəncərəsindən daxil olub. O, boşanmaq istəyən arvadına 8 bıçaq zərbəsi vurub. Qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Zaur Orucov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın