17:33 25 May 2020 336
Ana səhifə Xəbərlər

Gəncədə avtoxuliqan həbs edildi

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.

Araşdırmalarla Göygöl rayon sakini, 31 yaşlı Emin Məmmədovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etməsi məlum olub. İdarə etdiyi “VAZ-21705” markalı avtomobili yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə 1 il sürücülük hüququndan məhrum edilən Emin Məmmədov 15 gün müddətə inzibati qaydada həbs olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın